- 12:12
"Bu ilin dekabr ayında I Bakı Beynəlxalq Vəkil Konfransını keçirmək niyyətindəyik"
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, konfransa bir çox ölkələrdən nümayəndələr, eləcə də beynəlxalq vəkil təşkilatlarının təmsilçiləri dəvət olunublar.
"Zənnimcə, hər il belə bir tədbirin keçirilməsi ölkəmizdə vəkillik institutunun daha da tanınmasına, nüfuzunun artmasına və beynəlxalq əlaqələrimizin güclənməsinə mühüm stimul verəcək", - deyə sədr qeyd edib.
Humay Eminqızı