- 11 İyul 23:36
Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat edib.
E-huquq.az-ın məlumatına görə, Tərtər rayon Vəkil Bürosunun vəkili Yusif Seyidov bu gün COVID-19 infeksiyasından dünyasını dəyişib.
Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib və onlara Allahdan səbr diləyib.
Allah rəhmət eləsin!