Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Vəkillər Kollegiyası (VK) ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur.
VK-dan e-huquq.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, vəkillər üçün 05.07.2019-cu il tarixdə “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda mövzusunda seminarlar keçirilib.
Seminarlarda ekspert qismində müvafiq olaraq inzibati hüquq üzrə təlimçilərdən olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və VK-nın üzvü Elçin Usubun mühazirələri dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Gələcəkdə VK üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.
