- 11 İyul 23:36
"Mirzayev and Partners Legal Firm" hüquq şirkəti və “Mirzəyev və partnyorları” Vəkil Bürosunun kollektivi Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
E-huquq.az xəbər verir ki, ziyarət iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.