Vəkillər Kollegiyası Rəyasət (VK) Heyətinin inzibati binasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağı keçirilib.
E-huquq.az-ın xəbərinə görə, tədbirdə Kollegiyanın sədri Anar Bağırov, sədr müavinləri – Aydın Axundovla Pərviz Ələkbərov da iştirak ediblər.
Ümumi yığıncağın yekdilliklə qəbul etdiyi qərara əsasən, büronun vəkili, VK Rəyasət Heyətinin üzvü Elçin Qəmbərov müdir seçilib.
