- 21 İyun 11:35
Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov Azərbaycan vəkilliyinin 100 illik yubileyi münasibətilə şeir yazıb.
E-huquq.az "Cavan vəkil" adlı şeiri təqdim edir:
Cavan vəkil, cənab vəkil !!!
Haqq yolunda vuruşmağın,
Sən biləsən, necə böyük ləzzəti var!
qəlbin doymaz bu ləzzətdən,
Nə qədər ki döyüşməyə iradən var, qüdrətin var!
Vətəndaşın hüququnu qoruyanda , okean ol, gəl lərzəyə!
Sahil səni saxlamasın, sən kükrə, daş!
Sunamitək şəhərlər yu, dağları aş!
Amma səsin səngiməsin, titrəməsin bir an belə!
Sənə ümid bağlayır bil Vətən oğlu, bir vətəndaş!
Sən özün də vətəndaş ol -Vətən daşı!
Qranit ol, sən polad ol!
Haqq yolunda haqlı döyüş!
Sən haqlıya qol- qanad ol!
Haqq sözünlə haqsızların dilini kəs, əz başını!
Ədalətlə kəs haqlının, haqsız axan göz yaşını!
Sən demə ki, mən yoruldum, haqqın yoxdur!
Nə qədər ki haqsızlıq var, işin çoxdur!
Geyin döyüş mantiyanı, keç irəli!
Döyüşə gir döyüş ,qardaş,
durma geri , durma geri !!!