Məzmuna keç

Azərbaycan vəkilliyinə himn qoşulması təklif edilir

Azərbaycan vəkilliyinə himn qoşulması təklif edilir

"Əziz vəkil həmkarlarım, fikirləşirəm ki, Azərbaycan vəkilliyinin vəkil andı kimi, öz himni də olmalıdır".

E-huquq.az xəbər verir ki, bu təkliflə Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov çıxış edib.

O, Azərbaycan vəkilliyinə yazdığı himni də təqdim edib:

Haqq və ədalətə söykənərək biz,

Qoy haqla döyünsün daim qəlbimiz!

Ana Qanun bizə hər şeydən əziz!

Vicdanımız olsun təmizdən təmz!

Hakim olsun bizə öz vicdanımız,

Haqq olsun damarda axan qanımız!

Qanundur hər şeydən uca cahanda,

Sadiqik biz xalqa verilən anda!

Xalqın xidmətində mətanətliyik,

Bu xalqın oğluyuq, xalq qeyrətliik!

Hakim olsun bizə öz vicdanımız,

Haqq olsun damarda axan qanımız!

Haqq həm qılıncımız, həm qalxanımız,

Haqq olsun cismimiz həm də canımız!

Haqqa, ədalətə söykənib gedək,

Haqla, ədalətlə vəkillik edək!

Hakim olsun bizə öz vicdanımız,

Haqq olsun damarda axan qanımız!