Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (VK) hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.
VK-dan e-huquq.az-a verilən məlumata görə, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, bu günlərdə Kollegiyanın təşəbbüsü ilə Bərdə rayonunda yerləşən məcburi köçkün qəsəbəsinin əhalisinə ödənişsiz hüquqi yardım göstərilib..
VK-nın üzvü, professor Mayis Əliyev tərəfindən 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.
VK tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.
