"Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri cənab Anar Bağırovla görüşdüm. Səmimi söhbətimiz oldu. Vəkillərin sığorta fonduna ödənilməli olan bütün illər üzrə ödənişləri tam ödəməyimlə bağlı sənədləri təqdim etdim".
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, görüş səmimi şəraitdə keçib və geniş müzakirə aparılıb.
"Qeyd edim ki, mənim fərdi qaydada vəkillik fəaliyyətim ləğv edilməyib, 01 sentyabr 2019-cu il tarixdən ləğv ediləcəyi bildirilib.
İstifadə olunmamış fərdi qaydada istifadə edilməsi mənə həvalə edilmiş xeyli sayda order markam vardır. Nöqsanların artıq olmadığını gələcəkdə müraciət edəcəyim təqdirdə bu müddətin əhəmiyyətli dərəcədə artırılacağı, yenidən fərdi və ya büro təsis edərək fəaliyyət göstərməyimin mümkünlüyü ilə bağlı perspektivləri müzakirə etdik, mümkündür. Müsbət nəticələr əldə edəcəyik", – deyə, vəkil vurğulayıb.
