Bu gün Vəkillər Kollegiyasının (VK) futbol komandasının üzvləri Rəyasət Heyətində olublar.
VK-dan e-huquq.az-a verilən məlumata görə, komanda üzvləri Kollegiya sədri Anar Bağırovla görüşüb, cari ilin iyun ayında İrlandiyanın Limerik şəhərində “Eurolawyers” adlandırılan, Avropa ölkələrinin hüquqşünasları və vəkilləri arasında keçirilən ən böyük futbol turniri barədə təəssüratlarını bölüblər.
Kollegiyanın sədri komanda üzvlərini İrlandiyada əzmkar oyun nümayiş etdirmələri ilə bağlı komanda üzvlərinə öz təşəkkürünü bildirib, VK-nın hər zaman bu kimi tədbirlərə dəstək verməkdə maraqlı olduğunu qeyd edib.
Qeyd olunmalıdır ki, Azərbaycan vəkilliyinin 100 illiyi silsilə tədbirləri çərçivəsində bu ilin oktyabr ayında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turnirinin keçirilməsi gözlənilir. Turnirdə müxtəlif Avropa və bir sıra digər ölkələrin vəkillərdən ibarət futbol komandaları iştirak edəcəklər. Həmin turnirə hazırlıq məqsədilə VK-nın üzvlərindən ibarət futbol komandalarının 2-ci Bakı Futbol Liqasında iştirakı da nəzərdə tutulub.
