Deputatın təşəbbüsü ilə Biləsuvarda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək


  • 11 İyun 2021 11:52

Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Biləsuvarda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, pulsuz hüquqi yardım aksiyası 12 iyun saat 11:00-da Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə keçiriləcək.

Qeydiyyat üçün əlaqə nömrəsi: +994 55 283 17 05

Qeyd edək ki, şəhid ailələri və qazilər növbədənkənar qəbul olunacaq. Bu kateqoriyadan olan vətəndaşlar rayon İcra Hakimiyyətinin şöbə müdiri Zamiq Mənsimli ilə də əlaqə saxlaya bilər.

Oxşar xəbərlər