Vəkillər Kollegiyasının sədri Anar Bağırov 20 saylı Vəkil Bürosunun yeni ofisində oldu


  • 12 İyun 2021 00:10

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Bakı şəhəri 20 saylı Vəkil Bürosunun yeni ofisində olub.

E-huquq.az xəbər verir ki, Anar Bağırov büroda vəkillər üçün yaradılan şəraitlə tanış olub.

20 saylı Vəkil Bürosunun sədri İlhamə Həsənova məlumat verib ki, həyətyanı sahəsi olan 3 mərtəbəlin ofisdə vəkillərin rahat fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.
Büroda vəkillərin kabinetləri ilə yanaşı müraciət edən vətəndaşlarla konfedensial görüş keçirmək üçün ayrıca yerlər, konfrans zalı, həmçinin vəkillərin asudə vaxtını keçirmək üçün idman zalı da mövcuddur:

“Dövlətimizin və Cənab Prezidentimizin vətəndaşların keyfiyyətli hüquqi yardım hüququnun reallaşdırılması institutu kimi vəkilliyə qayğısı və son illərdə Vəkillər Kollegiyasının gənc, işgüzar, diqqətli və qayğıkeş sədri, gözəl insan Anar Bağırovun, onun komandasının məhsuldar əməyi nəticəsində vəkilliyin çiçəklənməsi, vəkillərin nüfuzunun artırılması göz önündədir. İlk növbədə vəkillər sovet dövründən qalma, darısqal, nəinki vətəndaş qəbul etməyə, hətta vəkillərin yerləşməsində çətinlik olan vəkil kontorları yeni, müasir, iş fəaliyyəti və vətəndaş qəbulu üçün bütün tələblərə cavab verən ofislərə köçürülüblər. Regional vəkil qurumları yaradılıb və müasir avadanlıqlarla təmin edilib. 20 saylı Vəkil bürosu da bu cür, ən müasir tələblərə cavab verən bürolardan biridir. Vəkilliyə yaradılan bu cür şəraitə görə, Azərbaycan dövlətinə və Vəkillər Kollegiyasının sədrinə həm öz adımdan həm də digər vəkillərimiz adından təşəkkürümü bildirirəm” – İlhamə Həsənova bildirib.
Büro ilə yaxından tanış olan Vəkillər Kollegiyasının sədri Anar Bağırov yaradılan şərati yüksək qiymətləndirib və vəkillərə fəaliyyətlərində uğurlar arzulayıb.

O qeyd edib ki, bu cür şəraitin yaradılması vəkillər üçün daha yüsək hüququ yadımın göstərilməsi və vətəndaşlar üçün yüksək keyfiyyətli hüquqi yardıma əlçatanalıqda mühüm rol oynayır.

Tədbirdə Vəkillər Kollegiyaslnın Rəyasət Heyətinin üzvlər - Fariz Məmmədov, Muxtar Mustafayev, Lalə Nağıyeva, Sima Yaqubova, Aydın Axundov, Pərviz Ələkbərov, İntizam Komiissiyasının sədri Şahmar Məmmədov, komissiyanın üzvü Dilarə Əfrasiyabova və digərləri iştirak ediblər.

Oxşar xəbərlər