“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda mülki şəxslərin hədəfə alınması, sentyabr - noyabr 2020” adlı aralıq hesabat ictimaiyyətə təqdim olundu


  • 1 Sentyabr 2021 14:15

44 günlük Qarabağ müharibəsi zamanı törədilən müharibə cinayətlərə həsr olunmuş, tanınmış beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda mülki şəxslərin hədəfə alınması, sentyabr - noyabr 2020” adlı aralıq hesabat ictimaiyyətə təqdim olunmuşdur.

Belə ki, aralıq hesabat 3 hissədən ibarətdir. Hesabatda Azərbaycanın müxtəlif şəhərlərində 100 azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələnən qəsdən törədilən hücumlar araşdırılır. Hesabat 9 Bedford Row Team, BM Morrison Partners Team və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının son 8 aydakı böyük səyləri nəticəsində hazırlanmışdır.

Hesabatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiz:

https://barassociation.az/en/news/733

Oxşar xəbərlər