Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti vəkil Adil İsmayılovla bağlı verdiyi qərara yenidən baxıb.
E-huquq.az xəbər verir ki, A. İsmayılov həmkarı Sahil Quliyevlə barışdığı üçün VK Rəyasət Heyəti 9 sentyabr 2019-cu il tarixli qərarını ləğv edib.
A. İsmayılov bu qərarı müsbət qarşılayaraq, özünün "facebook" səhifəsində bunları yazıb:
"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə 9 sentyabr 2019-cu il tarixli qərarını ləğv etdi. Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına , vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam".
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 9 sentyabr tarixli qərarı ilə A. İsmayılovun fəaliyyəti 1 il müddətinə dayandırılmışdı.
