Anar Bağırov: "Biz problemləri bilirik və həll etməyə çalışırıq"


  • 25 May 2022 12:19

“Biz demirik ki, bizdə hər şey idealdır, amma biz bu problemləri bilirik və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin vəkilliyə üz tutmaması idi”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyə qəbulla bağlı keçirilən ictimai təqdimatda çıxış edərkən deyib.

O bildirib ki, bu gün problemin həll olunduğunu demək olar: “Vəkillik üçün müraciət edənlərin sayı artır. Buna da səbəb qanunların aliliyi və vəkillərin fəaliyyətinə verilən dəstək, qayğıdır. Biləsiniz ki, bu gün başqa ölkələrdə Azərbaycanda vəkillərin fəaliyyəti və yaradılan tədris mərkəzləri nümunə olaraq götürülür”.

“Mən yeni təyin ediləndə rayonlardan vəkillər mənə zəng edirdilər ki, pul ala bilmirik. Amma mən bu məsələni prioritet məsələ kimi qarşıya qoydum və bu məsələni həll etdim. Bu gün heç bir vəkil bu cür söhbətlər etmir. Bu gün monitorinqlər aparırıq, vəkillərin problemləri ilə maraqlanırıq və onların müsbət fəaliyyətini dəstəkləyirik. Bizə əsas vacib olan odur ki, vəkillər vətəndaşların hüquqlarını müdafiə etsinlər. Bu gün bu sahədə korrupsiya şəraiti tamamilə aradan qaldırılıb”, - deyə A.Bağırov qeyd edib.

Oxşar xəbərlər