Azərbaycanda vəkilliyə namizədlər üçün icbari təlim prosedurları çətinləşdiriləcək


  • 6 İyul 2022 15:12

Bu gün bizdə narahatçılıq doğuran vəkilliyə namizədlərin təlim məsələsidir. Mən çox təəssüf edirəm ki, bizim namizədlər təlimlərə səhlənkar yanaşır, formal baxırlar. Halbiki, qətiyyən elə olmamalıdır".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr bildirib ki, Ədliyyə Akademiyasında keçirilən icbari təlim prosedurları çətinləşməlidir.

"Bu dəfə pandemiya şəraitinə görə təlimlər onlayn qaydada aparılırdı. Bunun da təbii ki, müəyyən çətinlikləri var. Çalışdıq ki, heç kim inciməsin, heç kim kəsilməsin. Ancaq bundan sonra belə olmayacaq. Hesab edirəm ki, təlimlər çətinləşməlidir. Həm təlim olmaldır, həm yazılı imtahan olmalıdır. Yeri gələndə, qanunda göstərilir ki, təlimi müvəffəqiyyətlə keçən şəxslər Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunacaq. Ona görə biz təlimləri çox çətinləşdircəyik. Orada mülki hüquqdan, cinayət hüququndan mütləq yazılı imtahan da olmalıdır. Gələcəkdə vəkil işləyən şəxslər kassasiya şikayəti, apellyasiya şikayəti üzrə iddia ərizəsinin hazırlanmasını bacarmalıdırlar. Bunu bacarmayan insan vəkil ola bilməz. Normal on kazusu araşdırmağı bacarmayan şəxs sonra necə vətəndaşlara hüquqi yardım göstərə bilər? Bizə keyfiyət lazımdır. Bizə say lazım idi, artıq say problemi yoxdur. Əvvəllər on bir min nəfərə bir vəkil düşürdüsə, indi təxminən dörd min nəfərə bir vəkil düşəcək. Ancaq yenə də deyirəm, vəkillərin sayı artanda gərək keyfiyyət də qorunsun", - deyə Anar Bağırov qeyd edib.

Rəşid Qarayev

Oxşar xəbərlər