Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 19 oktyabr 2019-cu il tarixdə, "Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu, Gənclər Mərkəzində, saat 10:00-13:00-da Sabirabad və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.
