Məzmuna keç

Anar Bağırov Ankarada Türkiyə Vəkillər Birliyinin sədri ilə görüşdü

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ankarada Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu ilə görüşüb.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ankarada Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu ilə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvləri də iştirak ediblər.

Görüşdən sonra A. Bağırov və M.Feyzioğlu, həmçinin Azərbaycandan olan heyət Ankara Universitetində Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş “Ortaq Dəyərimiz Əhməd Ağaoğlu” adlı konfransda iştirak ediblər.

A. Bağırov və M.Feyzioğlu konfransda çıxış ediblər.

Qeyd edək ki, Ə.Ağaoğlu Ankara Hüquq Məktəbinin qurucularındandır.