Anar Bağırov: "Hüquqi savadsızlıq ailə institutuna ciddi zərbə vurur"


  • 12 Mart 11:52

"Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən mütəmadi zəruri tədbirlər həyata keçirilir. Lakin müasir Azərbaycanda gender, ailə-nikah münasibətləri və cəmiyyətin özəyi kimi ailə bəzən neqativ təsirlərə məruz qalır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təsirlərlə yanaşı, hüquqi savadsızlıq, ailələrə kənar müdaxilələrin olması və bir sıra digər amillər ailə institutuna ciddi zərbə vurur: "Bu da nəticədə ailələrin dağılmasına səbəb olur".

Oxşar xəbərlər