"Regionlarda səhiyyə sahəsində kadr çatışmazlığı hələ də qalmaqdadır"


  • 3 İyun 12:29

"Səhiyyə sahəsində aparılan islahatlar vətəndaşlar üçün yeni imkanlar yaradır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən iclasında söyləyib.

"Qarşıya çıxan problemlər hökümətin və Milli Məclisin üzərinə yeni vəzifələr qoyur. Səhiyyə xərclərinin büdəcədə tutduğu yer ilbəil artmaqdadır Bu sahədə əsas qiymətləndirmə meyarları dərindən araşdırılmalıdır. İlkin səhiyyə xidmətlərinə əlçatanlıq artsa da, regionlarda infrastruktur və kadr çatışmazlığı hələ də qalmaqdadır", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər