- 4 İyun 17:47
"Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullar daxili bazarı tam təmin edə bilir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.
"İstehsal etdiyimiz məhsullar daxili bazara kifayət edir. Hətta biz xaricə bir neçə milyard dollarlıq aqrar məhsul istehsal edə bilərik.İşğaldan azad edilən torpaqlar hesabına bizim potensialımız 3-4 dəfə artıb. Biz bu məsələyə xüsusi diqqət etməliyik", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə