Məzmuna keç

Ceyhun Bayramov Kenya Milli Assambleyanın spikeri ilə görüşdü –

Xarici İşlər Naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində Milli Assambleyanın spikeri Moses Vetangulu ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Görüşdə parlament diplomatiyası vasitəsilə qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də müzakirə edilib.