- 12:24
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfər çərçivəsində Nayrobidə Senat Sədri Amason Kingi ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Görüş çərçivəsində Ceyhun Bayramov parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı anlaşma və etimadın gücləndirilməsi üçün parlamentin dostluq qrupları, həmçinin müvafiq komitələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd olunub.
Müzakirələr zamanı hər iki tərəf parlamentlərarası dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin təşviqinin vacibliyi barədə razılığa gəliblər.