- 5 İyun 23:38
Dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyir.
E-huquq.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.