“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi


  • 4 İyun 15:31

“Bələdiyyələrlə iş” informasiya sistemi (BİİS) haqqında Əsasnamə təsdiqlənib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu Əsasnamə “Bələdiyyələrlə iş” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

BİİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, BİİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

BİİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirəcək.

Oxşar xəbərlər