Vəkillər Kollegiyası hüquqşünaslara müraciət etdi


  • 5 İyun 10:21

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibəti ilə, "Vəkillər Kollegiyasının "Konstitusiya və Suverenlik İli" çərçivəsində Tədbirlər Planı"na uyğun olaraq, “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının xüsusi buraxılışı üçün məqalə qəbulu elan edilir.

E-huquq.az xəbər verir ki, göndərilən tələblərə uyğun məqalələrinizi 01.09.2025-ci il tarixinədək qeyd olunan veb sayta (https://academy-aba.az/dashboard/request) və ya elektron poçt ünvanına ([email protected]) göndərə bilərsiniz.

Məqalələrə aid tələblər, o cümlədən nəşr siyasəti və digər qaydalarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://academy-aba.az/vekiljurnallar

Qeyd edək ki, artıq "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir:

https://aak.gov.az/single/422

Oxşar xəbərlər