Vüqar Sərdarov yeni vəzifəyə təyin olundu


  • 6 İyun 10:52

Azərbaycan Respublikasının Auditorlar Palatasının beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Vüqar Sərdarov sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Vüqar Sərdarov Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatı Asəf Zeynallı Ərazi Partiya Təşkilatının sədridir. Uzun illər Daxili İşlər orqanlarında fəaliyyət göstərən V.Sərdarov həm də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

O, mərhum millət vəkili Zakir Sərdarovun oğludur.

Oxşar xəbərlər