- 6 İyun 22:40
Tovuzun rayon mərkəzində qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib.
E-huquq.az-ın məlumatına görə, hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə qadının oğlu, 1994-cü il təvəllüdlü, ruhi xəstə olduğu bildirilən Kainat Namazovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda yanğın hadisəsi baş verib.
məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir.
Məlumata görə, evi ailə üzvülərinindən biri mübahisə zamanı yandırıb.
Faktla bağlı araşdırma aparılır.