- 19:08
Səbail rayonu, Badamdar qəsəbəsində asfalt qaşıyan texnika yeraltı orta təziqli qaz xətti zədələyib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qaz sızmasının qarşısını almaq məqsədi ilə qaz təchizatı dayandırılıb. A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.