- 00:33
Bu səhər Tehranın Mehrabad hava limanında partlayış qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi Tasnim məlumat yayıb.
Məlumata görə, partlayış döyüş təyyarələri üçün nəzərdə tutulan anqarın yaxınlığında baş verib.
Hadisə nəticəsində hava limanının infrastrukturu və uçuş-enmə zolağına zərər dəyməyib. Təhlükəsizlik qüvvələri ərazidə araşdırmalara başlayıb.