- 00:33
İyunun 21-də 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Elm və Təhsil Nazirliyindən e-huquq.az-a bildiilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarına bu il 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.
Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək.
Məktəbəhazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir.