- 00:33
SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Kürdəmirdə baş tutacaq.
Bu barədə e-huquq.az-a "Azəriqaz" dan bildirilib.
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Kürdəmir rayonunda vətəndaş qəbulu 13 iyun saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq.
Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.