Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı - VİDEO


  • 14:17

Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb.

E-huquq.az, İTV Y.Qurbanovun sərbəst buraxıldığı anın görüntülərini yayımlayıb.

Videoda həmyerlilərimizin Yaqubu sevinclə qarşılayaraq qucaqlamaqları yer alıb.

Qeyd edək ki, Monteneqro polisinin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, oktyabrın 25-i Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var idi.

Oxşar xəbərlər