Məzmuna keç

Yaşayış binasında güclü yanğın: 8 nəfər tüstüdən zəhərləndi

Türkiyənin Bursa vilayətində yeddi mərtəbəli yaşayış binasında yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bursa şəhərinin Yıldırım rayonunda yerləşən binanın üçüncü mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və tibbi yardım briqadaları cəlb olunub. Binada köməksiz vəziyyətdə qalan sakinlər yanğınsöndürmə nərdivanlarının köməyi ilə təxliyə ediliblər.

Tüstüdən zərər çəkən 8 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov nəzarətə götürülərək söndürülüb. Yanğın nəticəsində mənzilə ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə