"Qadınlara qarşı zorakılıq cəmiyyəti mənfi təsirlərə məruz qoyur" - Komitə sədri


  • 15:47

Son tədqiqatlara görə, rəqəmsal məkanda zorakılığın səviyyəsi 16 faizdən 28 faizə qədər yüksələ bilir. Bu isə problemin nə qədər ciddi olduğunu göstərir”.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri qeyd edib ki, qadınlara qarşı zorakılıq təkcə fərdləri deyil, bütövlükdə cəmiyyəti mənfi təsirlərə məruz qoyur.

Onun sözlərinə görə, zorakılığın nəticələrini aradan qaldırmaq heç də asan deyil: “Bu gün təkcə böyüklər deyil, yeniyetmələr də zorakılıqla bağlı müraciətlər edirlər. Regionlarda, xüsusilə də ucqar kəndlərdə bu problem daha qabarıq şəkildə özünü göstərir”.

B.Muradovanın sözlərinə görə, Komitə tərəfindən bir sıra layihələr icra olunur və bu məsələdə cəmiyyətin rolu xüsusi əhəmiyyət daşıyır: “Bu yaxınlarda qanunvericiliyə ciddi dəyişikliklər edilib. Dövlət Komitəsi yanında xüsusi qrup yaradılıb və bu sahənin idarə olunması artıq birbaşa bizə həvalə olunub. Prosesi davamlı şəkildə nəzarətdə saxlamalıyıq”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər