Adil Əliyev: "Qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə mühüm tədbirlər görülür"


  • 15:56

"Ölkəmizdə qadınlara qarşı zorakılığın qarşısının alınması və təhlükəsiz həyatın təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir".

E-huquq.az xəbər verir ki, bunu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma" adlı konfransda deyib.

O bildirib ki, bu istiqamətdə fəaliyyət davamlı olmalıdır: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hələ ümummilli lider Heydər Əliyevin dövründə yaradılıb. Bu qurumun yaradılmasında əsas məqsəd bu sahədə mövcud problemlərin həlli üçün daha səmərəli və sistemli mübarizə aparmaq idi. Ümummilli liderin əsasını qoyduğu bu qurumun bu günədək gördüyü işlərə görə təşəkkürümü bildirirəm. Sadaladığımız problemlər Suraxanı rayonunda da mövcuddur və bu, Suraxanı RİH kollektivini də narahat edir. Tədbirin keçirilməsində məqsəd mövcud problemləri təhlil etmək, onların aradan qaldırılması istiqamətində birgə fəaliyyətləri gücləndirməkdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər