DİN qadınlara qarşı zorakılığın qarşısını almaq üçün yeni tədbirlər planı hazırlayıb


  • 16:25

"Qadınlara qarşı zorakılıq və cinayət hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən yeni tədbirlər planı hazırlanıb".

E-huquq.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektor Kəmalə Ələkbərova "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma" adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda bütün regionlarda digər aidiyyəti qurumlarla birgə təlimlər həyata keçirilir.

"Qadınların hüquqlarının qorunmasında əsas məqsəd onların təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir", - deyə K.Ələkbərova bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər