"Zorakılıq varsa, uşaq qorxmadan bunu müəlliminə bildirməlidir"


  • 16:43

"Gender əsaslı zorakılıq həlli vacib olan məsələlərdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova bildirib.

O bildirib ki, nazirlik ümumtəhsil məktəblərində məişət zorakılığının aşkarlanmasında ən vacib rol oynayan qurumlardan biridir.

"Söhbət uşaqların təhlükəsizliyindən gedirsə, bizim məsuliyyətimiz daha da artır. Bu məqsədlə “Məktəblinin dostu” layihəsini genişləndirmişik. Uşaqlar rahat şəkildə bu layihənin əməkdaşlarına müraciət edə, zorakılıq faktını onlara çatdıra bilərlər. Məktəblərdə psixoloqlar və sosial pedaqoqlar fəaliyyət göstərir, yaxın zamanda sosial işçilərin də fəaliyyəti genişləndiriləcək. Biz məktəblərdə bu sistemi tam formalaşdırmağa çalışırıq", - deyə G.Səfərova vurğulayıb.

Rəis müavini qeyd edib ki, nazirlik olaraq zorakılığa qarşı müdafiə mexanizminin qurulmasında mühüm rol oynayırlar: "Ailə daxilində baş verən zorakılığın ən böyük zərərini uşaqlar çəkir. Əgər zorakılıq varsa, uşaq qorxmadan və çəkinmədən bunu müəlliminə bildirə bilməlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər