Vəkil: "İnsanlar mühafizə orderi barədə ətraflı şəkildə məlumatlandırılmalıdır"


  • 16:49

"İctimai həmrəylik məişət zorakılığı ilə mübarizədə mühüm rol oynayır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Lalə Nağıyeva "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma" adlı konfransda deyib.

Onun sözlərinə görə, məişət zorakılığı təkcə bir fərdin və ya bir ailənin deyil, bütün cəmiyyətin problemidir. Cəmiyyətin məişət zorakılığına reaksiyası həm hüquq mədəniyyətinin, həm də ictimai həmrəyliyin göstəricisidir.

"Bu səbəbdən cəmiyyət zorakılığa biganə qalmamalıdır. Məişət zorakılığı çox hallarda gizli qalır, buna görə də maarifləndirmə işləri genişləndirilməlidir. İnsanlar mühafizə orderi barədə ətraflı şəkildə məlumatlandırılmalıdır" - deyə L.Nağıyeva qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər