- 17:05
Azərbaycanda ailə televiziyasının yaraılması təklif olunur.
E-huquq.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma" adlı konfransda çıxış edib.
Onun sözlərinə görə, televiziya vasitəsilə məişət zorakılığı ilə bağlı problemlərin cəmiyyətə daha operativ çatdırılması mümkündür: "Bu baxımdan tematik, yalnız ailə və sosial məsələlərə həsr olunmuş televiziya kanalının yaradılması çox faydalı olardı. Bir sıra özəl kanallarda məişət mövzularına dair verilişlər var, lakin onların neqativ təsirləri daha çoxdur. Təəssüf ki, belə verilişlər daha çox izlənilir".
Şəbnəm Mehdizadə