- 17:04
"Son dövrlərdə Azərbaycanda əcnəbilərlə ailə quran vətəndaşların sayı artıb. Təəssüf ki, həmin ailələrdə də zorakılıq halları ilə rastlaşırıq".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma" adlı konfransda deyib.
O bildirib ki, bu cütlüklərdən doğulan uşaqların taleyi isə bəzən sual altında qalır: "Mənə bu mövzu ilə bağlı müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bu məsələyə böyük diqqət göstərilməlidir".
Şəbnəm Mehdizadə