- 16:32
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli 4179 nömrəli Sərəncamının 3-cü hissəsinə əsəsən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il 520 nömrəli Sərəncamın 4-cü bəndinə əsasən “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.
E-huquq.az xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
Məlumata görə, qalibə göstərəcəyi xidmətə görə 241.690,9 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə