Bakıda Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsinin görüntüsü yayılıb.
E-huquq.az xəbər verir ki, təhlükəsizlik kameraları qraffitini çəkən şəxsləri bir neçə dəfə görüntüləyib.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.
Cinayət işi üzrə araşdırma gedir.
***
11:53
Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.
E-huquq.az xəbər verir ki, qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Binaya dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
