- 15:22
Son illərdə süni intellekt texnologiyalarının səhiyyə sahəsində geniş yayılması tibbi diaqnozların daha sürətli və dəqiq qoyulmasına kömək etməkdədir.
E-huquq.az xəbər verir ki, bunu Qazi Universiteti Tibb Fakültəsinin Tibbi Onkologiya Klinikasının müəllim üzvü professor Aytuğ Üner deyib.
Onun fikrincə, süsusilə xərçəngin erkən mərhələlərində diaqnozun qoyulmasında süni intellektin rolu əhəmiyyətli dərəcədə artır.
Professor bildirirki, süni intellektin təqdim etdiyi geniş statistik məlumatlar xərçəngin erkən diaqnozu üçün vacib bir alət kimi istifadə olunur. Radioloji görüntüləmə, MRT, tomoqrafiya və patologiya görüntüləri kimi müxtəlif tibbi görüntüləmə üsullarının qiymətləndirilməsində süni intellektin təmin etdiyi rahatlıq diqqət çəkir. Alqoritmlərin inkişafı sayəsində süni intellekt həkimlərə diaqnozun qoyulmasında mühüm dəstək verir.
Süni intellektin həkimlər üçün bir rəqib deyil, əksinə onların işini asanlaşdıran bir köməkçi olduğu vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, həkimlər süni intellekti daha geniş istifadə etməli və bu texnologiyanın təqdim etdiyi alqoritmlərdən yararlanmalıdırlar. Bu, xərçəng kimi mürəkkəb xəstəliklərin erkən mərhələlərdə aşkarlanmasına kömək edəcək.
Texnologiyanın təqdim etdiyi imkanlardan biri də əvvəlki statistik məlumatların sürətlə əldə olunması və xəstəlik haqqında ətraflı məlumatların təhlilidir.
"Xərçəng diaqnozunda əvvəlki məlumatların skan edilməsi və bu sahədə yaddaşın xatırlanması çox faydalıdır. İnternetin həm faydalı, həm də zərərli tərəfləri var, amma süni intellekt həkimlərə son dərəcə dəqiq və geniş məlumatlar təqdim edir," - Üner əlavə edib.
Bu cür inkişaflar süni intellektin səhiyyə sahəsində daha da böyük imkanlar açacağını və həkimlərə xəstəliklərin daha erkən mərhələlərində doğru diaqnozlar qoymalarına kömək edəcəyini göstərir.
Şəbnəm Mehdizadə