Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb - RƏSMİ


  • 15:25

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.

Bu barədə e-huquq.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

"Aprelin 3-ü saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 4 aprel tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, azyaşlı aprel ayının 1-i saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 2 aprel tarixində evə buraxılmışdı.

Əlavə edək ki, digər beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir".

Oxşar xəbərlər