Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir


  • 21:39

Milli Hidrometeorologiya Xidmətinin aprelin 5-i saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.

Xidmətdən e-huquq.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda saniyədə 21, Bakıda və Abşeron yarımadasında eyni zamanda Quba (Qrız), Naftalanda 20, Goranboyda 19, Daşkəsən, Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 metrədək güclənir.

Oxşar xəbərlər