- 16:59
Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində 17-si azyaşlı olmaqla 166 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.