- 16:59
Zabrat-Maştağa yolunda subasma müşahidə edilən ərazilərə xüsusi texnikalar cəlb olunub.
E-huquq.az xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində həmin ərazilərə yığılmış suyun çəkilməsi davam edir.
Qeyd edək ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər. Bakı şəhərində subasma müşahidə edilən ərazilərdə şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir, həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb edilib.
Yaranmış vəziyyətlə bağlı yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.