Biləsuvarda 41 yaşlı qadının meyiti tapıldı


  • 6 Aprel 23:53

Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.

Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər