Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşdı


  • 08:25

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "AnewZ" telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

E-huquq.az-ın məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Oxşar xəbərlər